Xavi yenidən "Barselona"da
06 noyabr 2021 12:27 (UTC +04:00)

Xavi yenidən "Barselona"da

0

Xavinin İspaniyanın "Barselona" klubunun baş məşqçisi vəzifəsinə təyinatı rəsmiləşib. 

Apasport.az saytının məlumatına görə, bunu La Liqa təmsilçisi açıqlayıb.

41 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb. 2019-21-ci illərdə Qətərin “Əl-Sədd” klubunu çalışdıran ispaniyalı Ronald Kumanın istefasından sonra boş qalan baş məşqçi postunu tutub.

O, 1998-2015-ci illərdə futbolçu kimi şərəfini qoruduğu “Barselona”ya 6 ildən sonra qayıdıb. Yeni baş məşqçinin təqdimat mərasimi noyabrın 8-də keçiriləcək.

Qeyd edək ki, “Barselona”nın Xavinin keçidi üçün “Əl-Sədd”ə 5 milyon avro ödədiyi iddia olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1761

Oxşar yazılar