Xavi "Barselona"dan qovulsa, yeni baş məşqçi  o olacaq
16 yanvar 2024 11:10 (UTC +04:00)

Xavi "Barselona"dan qovulsa, yeni baş məşqçi o olacaq

1

“Barselona Atletik”in baş məşqçisi Rafael Markes Kataloniya klubunun əsas komandasının baş məşqçisi Xavini əvəz edə bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə jurnalist Adrian Sançes özünün X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Mənbənin sözlərinə görə, “Barselona” Xavini qovmaq qərarına gəlsə, Markes təcili olaraq bu vəzifədə mütəxəssisi əvəz edə bilər.

Xatırladaq ki, “Barselona” bundan əvvəl İspaniya Superkubokunun finalında “Real Madrid”lə oyunda (1:4) darmadağın olub. Lakin matçdan sonra “Barselona”nın idman direktoru Deko klubun Xaviyə tam etibar etdiyini bildirib.

“Barselona” hazırda İspaniya çempionatının turnir cədvəlində 41 xalla üçüncü pillədə qərarlaşıb. Komanda lider “Jirona”dan 8 xal geri qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 10679

Oxşar yazılar