Usik-Fyuri döyüşü  baş tutacaq   - İDDİA 
15 mart 2023 14:35 (UTC +04:00)

Usik-Fyuri döyüşü baş tutacaq - İDDİA 

0

Usik-Fyuri döyüşü olacaq. Ağır çəkidə WBC çempionunun promouteri Frenk Uorren buna əmindir.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, funksioner bildirib ki, müştərisi ukraynalı ilə duel üçün müqavilə imzalamağa razılaşıb. Ona görə də birləşmə dueli vaxtında baş tutacaq.

Eyni zamanda, britaniyalı boksçunun nümayəndəsi hələlik razılaşmanın təfərrüatlarını açıqlamayıb, lakin əmin edib ki, tərəflər razılaşa bildiyi üçün narahat olmaq üçün başqa heç bir əsas yoxdur.
"Bu döyüş olacaq. Mən təfərrüata varmaq və ya vaxt haqqında danışmaq istəmirəm, çünki fərqi yoxdur. Hər şey çox gözəldir. Hekayənin sonu!

Döyüşün baş tutacağını elan edirəm. Başqa nə deyə bilərəm? Uşaqlar, bu baş verəcək. Hamısı budur. Daha narahat olacaq heç nə yoxdur”, - Uorren vurğulayıb.

Xatırladaq ki, Tayson Fyuri və Aleksandr Usık arasında ağır çəkidə çempion titulu uğrunda döyüş aprelin 29-da Londondakı “Uembli” stadionunda keçiriləcək.

Fyuri daha əvvəl Usık ilə duelə hazırlaşmaq üçün təlim-məşq toplanışına getdiyini açıqlamışdı.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1772

Oxşar yazılar