Ürəyində  problem yarandı:   Karyerasını başa vurdu 
18 mart 2023 17:16 (UTC +04:00)

Ürəyində problem yarandı: Karyerasını başa vurdu 

0

Lukas Leyva səhhətində yaranan problemlərə görə karyerasını başa vurub.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, "Liverpul"un keçmiş yarımmüdafiəçisinə miokard fibrozu diaqnozu qoyulub. O, oyunçu kimi karyerasını başa vurduğunu elan edib.

Futbolçuya diaqnoz ötən ilin dekabrında qoyulub. O vaxtdan bəri o, ürək müayinəsindən və müalicəsindən keçib.

Leyva professional karyerasına “Qremio”da başlayıb. 2007-2017-ci illərdə "Liverpul"da çıxış edib və Premyer Liqada 247 oyun keçirib.

İngilis klubundan ayrıldıqdan sonra 2022-ci ildə “Qremio”ya qayıtmadan əvvəl “Latsio”ya keçib.

Lukas Braziliya yığmasında 24 oyuna çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2212

Oxşar yazılar