Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pabelkov həbs edilib.
Lent.az xəbər verir ki, o, beynəlxalq qurumlar tərəfindən süni örtüklü meydançalar istehsal edən zavodun tikilişindəki korrupsiyaya görə saxlanılıb.
60 gün həbs cəzası alan Pabelkov keçən ilin avqustunda tutulmuşdu. Həmin vaxtı o, 10 milyon qrivna girov müqabilində sərbəst buraxılmışdı.