Fevralın 25-də UEFA İcraiyyə Komitəsinin Ukrayna ətrafında yaranan geosiyasi böhranı müzakirə etmək üçün növbədənkənar iclası keçiriləcək.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, iclasda Çempionlar Liqasının mayın 28-də keçirilməsi planlaşdırılan final oyununun Sankt-Peterburqdan götürülməsi qərarı təsdiqlənəcək.
İclasın sabah Bakı vaxtı ilə saat 11:00-da baş tutacağı gözlənilir.
“Son 24 saat ərzində Rusiya ilə Ukrayna arasında vəziyyətin inkişafını nəzərə alaraq, UEFA prezidenti vəziyyəti qiymətləndirmək və bütün lazımi qərarları qəbul etmək üçün İcraiyyə Komitəsinin növbədənkənar iclasını çağırmaq qərarına gəlib”, - xəbərdə bildirilir.