“Tottenhem”də gözlənilməz ayrılıq baş verib.
Apasport.az saytının məlumatına görə, London klubu baş məşqçisi Nuno Eşpirito Santo ilə vidalaşıb.
“Tottenhem” portuqaliyalı mütəxəssisin müqavilənin ləğv edildiyini açıqlayıb.
O, komandanın sükanı arxasına bu ilin yayında gətirilmişdi.
Qeyd edək ki, “Tottenhem” 10 turdan sonra Premyer Liqada 15 xalla 8-ci pillədə qərarlaşır.
***
Nuno Eşpirito Santo ilə yollarını ayıran “Tottenhem” yeni baş məşqçisini müəyyənləşdirib.
Apasport.az saytının məlumatına görə, italiyalı jurnalist Nikolo Skira London klubunun Antonio Konte ilə anlaşdığını iddia edib.
Onun sözlərinə görə, 52 yaşlı mütəxəssis 15 milyon avro maaş olmaqla 3 illik müqavilə, həmçinin qış fasiləsində 3-4 transfer tələbi qoyub. Tərəflər arasında danışıqların son mərhələdə olduğu, tezliklə rəsmi sözləşməyə qol çəkiləcəyi vurğulanıb.
Qeyd edək ki, Antonio Konte 2016-2018-ci illərdə İngiltərədə “Çelsi”ni çalışdırıb.