Türkiyə Super Liqasında yeni mövsümün 8 həftəsi geridə qalıb və çempionatda çıxış edən klubların təxminən yarısı baş məşqçisini dəyişib.
Lent.az-ın Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, baş məşqçi dəyişikliyinə gedən komandaların sayı artıq 8-ə çatıb. Səkkizinci turda keçirilən oyunlardan sonra “Medikal Başakşehr” Aykut Kocaman ilə “Yeni Malatyaspor” İrfan Buz ilə rəsmən yollarını ayırıb.
Bundan əvvəl isə “Kasımpaşa”, “Kayserispor”, “Adana Demirspor”, “Aytemiz Alanyaspor” və “Göztəpə”, “Çayjur Rizəspor”da baş məşqçi dəyişikluyi edilib.
Bu arada “Antalyaspor”un baş məşçisi Ersun Yanalın da istefaya göndəriləcəyi gözlənilir.