Runi Ronaldo və Messi haqqında  görün nələr dedi?
21 dekabr 2022 12:32 (UTC +04:00)

Runi Ronaldo və Messi haqqında görün nələr dedi?

4

İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi Lionel Messi və Kriştiano Ronaldo arasında seçim edib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, portuqaliyalının futbol tarixində parlaq iz qoyduğunu inkar etməyib, lakin onun üçün Messi həmişə birinci olacaq.

"Ronaldonu ən böyük futbolçu hesab edən insanların fikrinə hörmət edirəm, amma mənim üçün Messi fərqlidir.

Mən Lionelə qarşı bir neçə dəfə oynamışam, topa nəzarət etmək, oynamaq, ötürmə və qol vurmaq bacarığı onu xüsusi edir. Onun rəqibi olmaq çətindir», - o, Amerika mediasına bildirib.

Xatırladaq ki, dekabrın 18-də Lionel Messi dünya çempionu olub: final oyununda Argentina millisi Fransaya qalib gəlib (3:3, 4:2 - penaltilər seriyası), 35 yaşlı hücumçu dubl edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
4
# 6723

Oxşar yazılar