Ronaldo  “Real”a   qayıtmaq istəyirmiş
01 yanvar 2023 15:46 (UTC +04:00)

Ronaldo “Real”a qayıtmaq istəyirmiş

0

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubuna keçməzdən əvvəl “Real”dan təklif alacağına ümid edirdi. 

Lent.az-ın “Marca”ya istinadla məlumatına görə, “Mançester Yunayted”dən ayrıldıqdan sonra Ronaldo karyerasını Avropanın ən yaxşı klublarından birində davam etdirməyə ümid edib. 

Portuqaliya millisi Qətərdə keçirilən dünya çempionatını tərk edəndə hücumçu “Real”ın bazasında məşq etməklə formasını saxlayıb və komandadan təklif alacağına ümid edib, lakin bu baş tutmayıb.

Ronaldo 2009-2018-ci illərdə “Real”ın heyətində çıxış edib. “Kral klubu” ilə birlikdə portuqaliyalı dörd dəfə Çempionlar Liqasının, iki dəfə çempionatın və İspaniya Kubokunun qalibi olub.

Dekabrın 30-da Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubu ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, o, kommersiya ödənişləri də daxil olmaqla, ildə 200 milyon dollar qazanacaq. Bunun sayəsində 37 yaşlı portuqaliyalı meksikalı boksçu Saul Alvaresi reytinqdə birinci yerdən kənarlaşdırıb və ən yüksək maaş alan odmançı olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2132

Oxşar yazılar