“Əl-Nasr”ın portuqaliyalı futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanından deportasiya olunmaq təhlükəsi ilə üzləşib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə vəkil Nuf bint Əhməd Tvitter hesabında məlumat verib.
Vəkil bildirib ki, ədəbsiz hərəkətə görə futbolçuya qarşı prokurorluqda iddia qaldırmaq niyyətindədir. O, vurğulayıb ki, onun davranışı ictimai ədəbsizliyin təzahürü hesab olunur və əcnəbi tərəfindən törədildikdə həbs və deportasiya tələb edən cinayətlərdən biridir.
Portuqaliyalı 2022-ci il dekabrın 30-da "Əl Nəsr"ə keçib. Hücumçunun müqaviləsi iki illikdir. Onun klubdakı maaşı ildə 200 milyon avrodur ki, bu da onu dünyanın ən çox maaş alan idmançısı edir.