Jorje Mendeş artıq Kriştiano Ronaldonun agenti deyil. 20 il davam edən əməkdaşlığa son qoyulub və tərəflər pis münasibətlə ayrılıblar.
Lent.az bildirir ki, “Publico”nun məlumatına görə, hücumçunun Pirs Morqanla müsahibəsi bardağı taşıran son damla olub. Mendeş deyib ki, bundan sonra hücumçu daha Avropanın top-klubunda oynaya bilməyəcək və belə də olub.
Portuqaliyalı jurnalist Viktor Pinto isə münaqişə haqqında daha ətraflı danışıb.
"Klublar Ronaldonu transfer etmək fikrindən daşındı. Bunun sübutu odur ki, təklifi edən “Əl-Nəsr” idi. Nə PSJ-yə, nə İtaliya komandasına, nə “Real”a qayıtmaq, nə də “Barselona” və ya “Bavariya”ya getmək variantları yox idi. Yalnız “Ən-Nəsr” variantı var idi.
“Jorje Mendeşin həqiqəti söyləmək cəsarəti var idi ki, Kriştiano Ronaldo bunu yaxşı qəbul etmədi. Və o, Səudiyyə Ərəbistanına pulsuz getmək üçün agentə ehtiyacı olmadığına qərar verdi”, - Pinto bildirib.
Qeyd edək ki, Ronaldonun transferi ilə agent yox, Kriştianonun şəxsi meneceri və dostu Rikardo Requfe məşğul olub. Təşkilati işlər üçün o, təxminən 30 milyon avro komissiya alıb.
Bir neçə gün əvvəl Ronaldo rəsmi olaraq “Əl-Nasr”ın oyunçusu kimi təqdim edilib.