“Real”ın yeni idman direktoru argentinalı oldu
21 dekabr 2023 23:52 (UTC +04:00)

“Real”ın yeni idman direktoru argentinalı oldu

0

"Real"ın keçmiş yarımmüdafiəçisi və sabiq baş məşqçisi Santyaqo Solari Madrid klubunun idman direktoru vəzifəsinə təyin olunub.

 Lent.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

Solari 2000-2005-ci illərdə "Real"da çıxış edib. O, oyunçu kimi komanda ilə birlikdə ikiqat İspaniya çempionu və 2001/02-ci illərdə Çempionlar Liqasının qalibi olub. Argentinalı mütəxəssis 2018-2019-cu illərdə Madrid komandasında baş məşqçi kimi çalışıb. Onun rəhbərliyi altında "Kral klubu" 2018-ci ildə klublararası dünya çempionu olub.

 Qeyd edək ki, Solari futbol direktoru vəzifəsində Manuel Fernandesi əvəz edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3930

Oxşar yazılar