"Real" gələn yay İngiltərə "Mançester Yunayted"inin yarımmüdafiəçisi və Fransa millisinin heyətində dünya çempionu Pol Poqbanı transfer etmək fikrindən imtina edib.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, buna səbəb kimi klubun fransalı futboçunun maliyyə tələblərini yerinə yetirməyə hazır olmadığı göstərilir.
“Mançester Yunayted”də ildə 15 milyon funt-sterlinq alan Poqba Madrid klubunda da əməkhaqqının bu qədər olmasını istəyib.