"Real" "Bavariya"nın müdafiəçisi Alfonso Devisi transfer etmək üzərində işləyir.
Lent.az bildirir ki, "Sky Sport"un məlumatına görə, "Real"ın baş skautu Yuni Kalafat Devisə "Bavariya" ilə müqaviləni yeniləməməli olduğunu deyib.
Madrid klubunun nümayəndələri bir neçə aydır ki, kanadalı müdafiəçinin ətrafı ilə əlaqə saxlayırlar. “Real” yayda 23 yaşlı futbolçu üçün təklif göndərməyə hazırdır.
Devisin "Bavariya" ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. Müqavilənin uzadılması ilə bağlı danışıqlar Devisin maliyyə tələblərinə görə çətinləşir, “Bavariya” bunu yerinə yetirmək istəmir - müdafiəçi ildə 10-13 milyon avro istəyir. Mümkündür ki, Münhen klubu futbolçunu bir ildən sonra pulsuz itirməmək üçün bu yay onu satmağa məcbur olacaq.