"Real" Ançelottiyə  əvəzləyici   tapdı
15 mart 2023 15:07 (UTC +04:00)

"Real" Ançelottiyə əvəzləyici tapdı

0

"Real" baş məşqçi Karlo Ançelottini əvəz edəcək mütəxəssis tapıb. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Çelsi"nin keçmiş baş məşqçisi, 49 yaşlı Tomas Tuxel italiyalının yerini  tuta bilər.

Onun artıq ispan dilini öyrənməyə başladığı bildirilir.

Martın 7-də bildirilirdi ki, “Real” klubu 2022/2023 mövsümündə hər hansı bir kubok qazansa belə, Ançelotti ilə əməkdaşlığı dayandıra bilər. Mümkün istefaya səbəb Madrid klubunun paltardəyişmə otağında vəziyyətin pisləşməsidir.

Qeyd olunur ki, komanda ilə əməkdaşlığa xitam veriləcəyi təqdirdə məşqçiyə Braziliya millisinə rəhbərlik təklif oluna bilər.

Tuxel 2022-ci ilin sentyabrında "Çelsi"ni tərk edib. Bildirilib ki, məşqçinin qovulmasına səbəb klubun nəticələri ilə bağlı deyil, Tuxelin portuqaliyalı hücumçu Kriştiano Ronaldonu transfer etməkdən qəti şəkildə imtina etməsi olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2143

Oxşar yazılar