Kladuio Ranyeri
05 oktyabr 2021 09:35 (UTC +04:00)

Kladuio Ranyeri

Ranyeri yenidən İngiltərədə

0

Kladuio Ranyeri İngiltərənin “Uotford” klubunun baş məşqçisi təyin olunub.

Lent.az bildirir ki, bu barədə rəsmi saytında məlumat verilib. 69 yaşlı italiyalı mütəxəssislə 2022/23-cü il mövsümünün sonuna qədər müqavilə imzalanıb. 

Ranyeri “Uotford”da istefaya göndərilən Hisko Munyosu əvəz edib. O, komandada təxminən 10 ay işləyib. 

Ranyeri əvvəllər İngiltərənin “Çelsi”, “Fulhem” və “Lester” klublarının baş məşqçisi olub. 2016-cı ildə “Lester”lə İngiltərə çempionluğunu qazanıb. 

Onun sonuncu iş yeri İtaliyanın “Sampdoriya” klubu olub, ötən yay istefaya gedib. 

“Uotford” hazırda turnir cədvəlində 14-cü sıradadır. 7 oyundan sonra 7 xal toplayıb.  

 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1393

Oxşar yazılar