"Qarabağ"la bağlı daha bir  ŞAD XƏBƏR
05 noyabr 2021 10:51 (UTC +04:00)

"Qarabağ"la bağlı daha bir ŞAD XƏBƏR

0

Avrokubokların qrup mərhələsinin IV turunun son oyun günündən sonra klubların UEFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, ilk “100-lük”də Azərbaycanın yalnız bir klubu yer alıb.

Konfrans Liqasının “Kayrat”la Qazaxıstandakı oyununda 2:1 hesabı ilə qalib gələn “Qarabağ” siyahıda 57-ci yerə yüksəlib. Bu qələbə ilə xal hesabını 24,000-ə çatdıran Ağdam təmsilçisi 7 pillə irəliləyib. Qurban Qurbanovun yetirmələri “Makkabi” (Təl-Əviv), “Qalatasaray”, “Feyenoord”, “Alkmaar”, “Volfsburq”, “Hoffenhaym”, “Real Sosyedad”, “Lill”, “Borussiya” (Mönhenqladbax) kimi komandaları qabaqlayır.

Qeyd edək ki, cədvələ 129,000 xala malik “Bavariya” başçılıq edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4569

Oxşar yazılar