“Qarabağ”ın oyununa bir gündə 20 min  bilet SATILDI
29 oktyabr 2022 19:00 (UTC +04:00)

“Qarabağ”ın oyununa bir gündə 20 min bilet SATILDI

0

Avropa Liqasının qrup mərhələsinin sonuncu, 6-cı turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Frayburq” (Almaniya) matçına bilet satışı davam edir.

Lent.az-ın məlumatına görə, ilk gündə bu oyuna 20 mindən çox bilet satılıb.

Bu isə biletlərin 70 faizindən çoxu deməkdir.

Xatırladaq ki, biletlərin qiyməti 5, 20, 30, 75 və 100 manat təşkil edir. Noyabrın 3-ü keçiriləcək "Qarabağ" - "Frayburq" görüşü saat 21:45-də başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2518

Oxşar yazılar