“Qalatasaray” “Arsenal”ın futbolçusunu istəyir
20 noyabr 2021 12:12 (UTC +04:00)

“Qalatasaray” “Arsenal”ın futbolçusunu istəyir

0

“Arsenal”ın yarımmüdafiəçisi Məhəmməd el-Neni karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az saytının “Sun” nəşrinə istinadən məlumatına görə,  29 yaşlı futbolçu “Qalatasaray”ın maraq dairəsindədir.

“Cim-bom”un baş məşqçisi Fatih Terim misirli orta sahə oyunçusunu sərəncamında görmək istəyir. İstanbul təmsilçisi yay fasiləsində reallaşdıra bilmədiyi keçidi yanvarda həyata keçirmək niyyətindədir.

Qeyd edək ki, Məhəmməd el-Neni bu mövsüm “Arsenal”ın heyətində 4 oyun keçirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1514

Oxşar yazılar