Qadın futbol millisinin  uğursuzluğunda   Baydeni günahlandırdı
07 avqust 2023 15:05 (UTC +04:00)

Qadın futbol millisinin uğursuzluğunda Baydeni günahlandırdı

0

ABŞ-ın keçmiş prezidenti Donald Tramp sosial şəbəkələrdə qadın futbol komandasının dünya çempionatını tərk etməsinə görə hazırkı prezident Co Baydeni tənqid edib.

"ABŞ qadın komandasının şok və tamamilə gözlənilməz məğlubiyyəti, bir vaxtlar böyük ölkəmiz olan, korrupsioner Co Baydenin rəhbərliyi altında baş verənləri tam şəkildə simvollaşdırır. Bir çox oyunçumuz Amerika ilə açıq şəkildə düşmənçilik etdi — başqa heç bir ölkə bu şəkildə və hətta yaxın davranmadı. Oyanış uğursuzluğa bənzəyir. Əla vuruş, Megan. ABŞ cəhənnəmə gedir", - Lent.az xarici mediaya istinadla bildirur ki, Tramp yazıb.
ABŞ-ın qadınlardan ibarət yığması dünya çempionatının 1/8 finalında İsveçə uduzub. Əsas vaxt 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isveçlilər daha dəqiq (5:4) olub. Meqan Rapino penaltini yerinə yetirə bilməyib.

Amerikalı futbolçular ilk dəfə dünya çempionatında medalsız qalıblar. Onlar son iki dünya çempionatının qalibi olublar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1858

Oxşar yazılar