PSJ-nin baş məşqçisinə  cinayət işi   açıla bilər
20 aprel 2023 19:19 (UTC +04:00)

PSJ-nin baş məşqçisinə cinayət işi açıla bilər

0

PSJ-nin baş məşqçisi Kristof Qalte növbəti mövsüm Paris komandasında çalışacağına əmindir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bundan əvvəl mediada Qaltenin “Nitsa”dakı keçmiş həmkarı Jolena Furneyə elektron poçtundakı məktubundan bir parça yayılıb.

Qaltenin "Nitsa"da çoxlu müsəlman və qaradərililərin olmaması lazım olduğunu ifadə etdiyi iddia edilib. PSJ rəhbərliyi daxili araşdırmaya başladığını elan edib və məşqçi mətbuat konfransında bütün ittihamları təkzib edib. Əgər Qaltenin belə dediyi təsdiqlənərsə, təkcə işdən çıxarılmayacaq, həm də cinayət işi ilə üz-üzə qalacaq.

“Biz komandanı təkmilləşdirmək üçün PSJ-nin idman məsələləri üzrə məsləhətçisi Luis Kampuşla gələn mövsüm üçün heyət üzərində işləyirik. Növbəti mövsümdə qalacağıma əminəm? Gələn mövsüm PSJ-nin baş məşqçisi olmağı planlaşdırıram”, - mütəxəssis vurğulayıb..
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2341

Oxşar yazılar