"PSJ" klubu bu oyunçu üçün 65 milyon avro istəyir
19 iyun 2021 17:55 (UTC +04:00)

"PSJ" klubu bu oyunçu üçün 65 milyon avro istəyir

0

65 milyon avro istəyir - PSJ

Fransanın PSJ klubunun futbolçusu Əşrəf Hakimi üçün tələb etdiyi məbləğ bəlli olub.

Apasport.az saytının məlumatına görə, Liqa1 təmsilçisi müdafiəçi üçün İtaliya “İnter”indən 65 milyon avro istəyib.

Bunun 60 milyonu transfer üçündürsə, digər 5 milyon bonuslara görə nəzərdə tutulub. Hakimi artıq Milan təmsilçisi ilə şəxsi müqaviləsinin detallarını razılaşdırıb. O, 2026-cı ilə qədər müqavilə imzalayacaq. Hakiminin qazancı ildə 8 milyon avro təşkil edəcək. 

Qeyd edək ki, müdafiəçi “Çelsi”nin də maraq dairəsində idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1517

Oxşar yazılar