Polis Neymar və Messini azarkeşlərdən qalxanla xilas etdi -  FOTO
26 oktyabr 2021 02:12 (UTC +04:00)

Polis Neymar və Messini azarkeşlərdən qalxanla xilas etdi - FOTO

0

Fransanın "Marsel"və PSJ klubları arasındakı derbi həqiqətən döyüş kimi olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, oyunda qalib müəyyən edilməsə də, Marsel səfərini Paris-Sen-Jermendən olan milyonçular uzun müddət unutmayacaqlar.

Təhlükəsizlik səbəbi ilə polis hətta Parisdən olan azarkeşlərin Marselə gəlməsini qadağan edib. Buna baxmayaraq, “mavi-ağlar”ın azarkeşləri çempionatın liderinin gəlişinə hazırlaşıblar.

Hələ oyundan əvvəl “Marsel” azarkeşləri meydançaya PSJ-nin hücumçusu Lionel Messinin ağlayan şəkli olan saxta əskinaslar atmağı planlaşdırırıblar. Azarkeşlər beləliklə Paris klubunun Qətərdə olan şeyxlərinə qarşı çıxmaq istəyiblər.

Qarşılaşma zamanı azarkeşlər “Velodroma”nın tribunalarında nəhəng piroşou təşkil ediblər.

Ancaq bu hamısı deyildi. Ən çox azarkeşlər Neymar və Messini hədəf seçiblər.

Braziliya hücumçu künc zərəbələrini yerinə yetirərkən ona şüşə qablar və digər zibillər atılıb. Yalnız plastik qalxanların köməyi ilə stüardlar Neymarı xilas ediblər. 

İkinci hissədə isə PSJ-nin argentinalı ulduzu Lionel Messi də gərgin anlar yaşayıb.

Azarkeşlərdən biri meydana qaçaraq onunla selfi çəkdirmək istəyib. Stadionun təhlükəsizlik xidməti PSJ-nin futbolçusunu bəladan qoruyub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3836

Oxşar yazılar