Braziliyalı mərhum əfsanəvi hücumçu Pelenin qızı Kelli Kristina Nasimento “Real”ın hücumçusu Vinisius Juniora qarşı irqçi böhtanlarla bağlı vəziyyətdən danışaraq deyib ki, əgər futbol rəhbərliyi irqçiliklə mübarizə aparsaydı və stadionlara atasının adını verməsəydi, onda madridli futbolçu həmyerlisinin 1958-ci ildə yaşadıqlarından keçməli olmazdı.
“Atamın dəfn mərasimi günü FİFA prezidenti İnfantino mənə dedi ki, o, dünyanın hər bir ölkəsindən onun adına stadionun adının verilməsini xahiş edəcək. Məncə, əladır. Amma atamın mirası stadion adları deyil, irqçiliyə qarşı hərəkat olsaydı, nə qədər yaxşı olardı? İrqçiliyə qarşı real hərəkət. Bu gün Vinisiusa atamın 1958-ci ildə yaşadıqlarını yaşamağa imkan verməyəcək bir şey", - Lent.az xarici mediaya istinadla bildrir ki, Nascimento sosial şəbəkədə yazıb.