Oyun futbolçu çatışmazlığı səbəbindən dayandırıldı:  Niyə belə oldu?
28 noyabr 2021 17:23 (UTC +04:00)

Oyun futbolçu çatışmazlığı səbəbindən dayandırıldı: Niyə belə oldu?

0

Koronavirusun yayılması səbəbindən Portuqaliyanın “Belenenseş” komandasının oyun üçün lazım olan sayda futbolçusu olmayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, buna baxmayaraq, ölkənin futbol federasiyası oyunu təxirə salmaqdan imtina edib.

“Belenenseş”in baş məşqçisi “Benfika” ilə oyuna 9 nəfər çıxarmaq məcburiyyətində qalıb. Qapıçının da oyunçu kimi çıxdığı görüşdə bir nəfər də əvəzedici olmayıb.

“Benfika” birinci hissədə rəqibin qapısına 7 cavabsız qol vurub. Fasilədən sonra isə oyun saxlanılıb. 

Çünkü “Belenenseş” meydana 7 nəfərlə çıxıb. İkinci hissə başlayan kimi komandanın oyunçusu qazonda oturaraq matçı davam etdirə bilməyib. Reqlamentə əsasən, komandalardan birinin meydanda yeddidən az oyunçusu olarsa, oyun davam etdirilə bilməz. Buna görə də hakim görüşü dayandırmaq məcburiyyətində qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1851

Oxşar yazılar