“Nottinqem Forest”in  baş məşqçisi   oldu
20 dekabr 2023 15:22 (UTC +04:00)

“Nottinqem Forest”in baş məşqçisi oldu

0

“Nottinqem Forest” Nuno Eşpirito Santonun klubun baş məşqçisi təyin olunduğunu açıqlayıb.\

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 49 yaşlı portuqaliyalı ilə 2 il yarımlıq müqavilə imzalanıb. O, dekabrın 23-də baş tutacaq Premyer Liqanın 18-ci turunda "Bornmut"la oyunda komandanın baş məşqçisi kimi debüt edəcək.

Nunonun son iş yeri noyabr ayında tərk etdiyi Səudiyyə Ərəbistanının “Əl-İttihad”ı olub. O, əvvəllər “Tottenhem”, “Vulverhempton”, “Porto”, “Valensiya” və “Rio Ave” klublarını çalışdırıb.

Dekabrın 19-da İngiltərə klubu 2021-ci ilin sentyabrından komandaya rəhbərlik edən Stiv Kuperin ayrıldığını elan edib. 17 turdan sonra "Nottinqem Forest" Premyer Liqanın turnir cədvəlində 14 xalla 17-ci pillədə qərarlaşıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3819

Oxşar yazılar