PSJ-nin braziliyalı hücumçusu Neymar Fransa Liqa 1-in 16-cı turunun “Strasburq”la oyununda (2:1) qırmızı vərəqə alıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu qırmızı vərəqə 30 yaşlı hücumçu üçün Fransa çempionatına keçiddən sonra 5-ci olub. O, PSJ-yə keçəndən sonra Fransa çempionatında bu göstəricidə liderdir. Neymar kluba 2017-ci ildə "Barselona"dan 222 milyon avroya keçib.
Braziliyalı bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 21 oyuna çıxıb, 15 qol vurub və 12 məhsuldar ötürmə edib.
PSJ 16 oyundan sonra 44 xalla Fransa çempionatının turnir cədvəlinə başçılıq edir.