Mourinyo Portuqaliya millisini çalışdırmağa razılaşdı
18 dekabr 2022 17:52 (UTC +04:00)

Mourinyo Portuqaliya millisini çalışdırmağa razılaşdı

0

"Roma"nın baş məşqçisi Joze Mourinyo komandanı tərk edəcək. 

Lent.az bildirir ki, bu barədə Britaniya mətbuatı xəbər verir.

Mənbənin sözlərinə görə, mütəxəssis Portuqaliya millisinə rəhbərlik edəcək və onun müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulacaq.

Xatırladaq ki, portuqaliyalılar dünya çempionatında uğursuz çıxış edib: komanda 1/8 finala yüksəlib, burada Mərakeş komandasına uduzub (0:1). Bundan sonra millinin baş məşqçisi Fernando Santuş istefaya göndərilib.

Əlavə edək ki, Mourinyonun İtaliya klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədər qüvvədədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1849

Oxşar yazılar