Messinin cərimə zərbəsindən  63-cü qolu,   Ronaldoda 60-dır -  VİDEO
22 iyul 2023 19:46 (UTC +04:00)

Messinin cərimə zərbəsindən 63-cü qolu, Ronaldoda 60-dır - VİDEO

9

Lionel Messi cərimə zərbəsindən 63-cü qolunu vurub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, "İnter Mayami"nin hücumçusu Liqalar Kubokunda “Krus Azul”la (2:1) oyunun 54-cü dəqiqəsində əvəzedici kimi meydana çıxıb və 94-cü cərimə zərbəsində qələbə qolunu vurub. Bu, argentinalının ABŞ klubu üçün debüt oyunu idi.

İndi argentinalının hesabında cərimə zərbəsindən vurduğu  63 qol var. O, bu göstəricidə Kriştianu Ronaldonu 3 qol qabaqlayır – “Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu cərimə zərbələrindən 60 qol vurub.

Bu göstəricidə Messini Juninyo Pernambukano (77 cərimə zərbəsi), Pele (70), Viktor Leqrotalye (66), Ronaldinyo (66) və David Bekhem (65) qabaqlayır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
9
# 6575

Oxşar yazılar