Messinin bəyəndiyi qapıçı klubunu dəyişir
30 oktyabr 2021 15:53 (UTC +04:00)

Messinin bəyəndiyi qapıçı klubunu dəyişir

0

“Aston Villa”nın qapıçısı Emiliano Martines komandasını dəyişməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Argentina millisinin qolkiper Premyer Liqanın daha iddialı komandasın keçmək üzrədir.

Çünki “Tottenhem” 29 yaşlı dəri əlcək sahibinin xidmətində maraqlıdır. London təmsilçisi Uqo Lyorislə yollarını ayıracağı təqdirdə boşluğu məhz Martineslə dolduracaq. Argentina millisinin kapitanı Lionel Messinin dünyanın ən yaxşı qapıçıları sırasında göstərdiyi Emiliano özü də bu keçidə qarşı deyil.

Qeyd edək ki, Emiliano Martines cari mövsüm Premyer Liqada keçirdiyi 8 oyunda 12 qol buraxıb. Onun transfer qiyməyi 35 milyon avroya bərabərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1663

Oxşar yazılar