Messi tezliklə  PSJ rəhbərliyi ilə   görüşəcək
04 yanvar 2023 20:00 (UTC +04:00)

Messi tezliklə PSJ rəhbərliyi ilə görüşəcək

0

PSJ-nin argentinalı hücumçusu Lionel Messi yaxın vaxtlarda klub rəhbərliyi ilə görüşəcək. 

Lent.az bildirir ki, bu barədə xarici mətbuat xəbər verir.

Mənbələrin məlumatına görə, tərəflər 2023-cü ilin yayında başa çatacaq müqavilənin uzadılması şərtlərini müzakirə edəcəklər. Lakin yaxın vaxtlarda müqavilə imzalanmayacaq.

Xatırladaq ki, hücumçu 2021-ci ilin avqustunda azad agent kimi “Barselona”dan paytaxt klubuna keçib. O vaxtdan bəri o, parislilərin heyətində 59 oyuna çıxıb, 23 qol vurub və 29 məhsuldar ötürmə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1677

Oxşar yazılar