Fransa "PSJ"sinin argentinalı hücumçusu Lionel Messi aprelin əvvəlində Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə görüş keçirəcək.
APA xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti öz tvitter səhifəsində yazıb.
Görüşün məqsədi Messinin Səudiyyə klubuna mümkün transferi ilə bağlı danışıqlar aparmaqdır.
Eyni zamanda, mediada 2020-ci ilin yayında tərk etdiyi "Barselona"ya qayıtmasının Messi üçün prioritet olduğu barədə məlumatlar yayıldı.
Həmçinin bildirilirdi ki, PSJ və Messi hələ də futbolçunun 2023-cü ilin yayında başa çatacaq müqaviləsinin uzadılması şərtləri ilə bağlı razılığa gələ bilmir.
Mediada yayılan xəbərlərə görə, Messi Kilian Mbappenin maaşına uyğun maaş artımı tələb edib. Əməkdaşlığın davam etdirilməsi üçün iki variant nəzərdən keçirilir - ya müqavilənin avtomatik olaraq bir il müddətinə uzadılması bəndinin aktivləşdirilməsi, ya da bir mövsümlük yeni müqavilənin bağlanması.