“Bavariya” rəhbərliyi koronavirusa qarşı peyvənd olunmamış futbolçulara maaş verməmək qərarına gəlib.
Lent.az xarici mediaya istinadla bildirir ki, mənbənin sözlərinə görə, “Bavariya” karantində olan futbolçulara pul ödəməyəcək.
Qeyd olunur ki, qərar komandanın eyni vaxtda dörd futbolçusunun - Serj Qnabri, Camal Musiala, Erik-Maksim Şupo-Motinq və Mikael Kuisansın özünütəcrid vəziyyətində olması ilə bağlıdır.
Almaniyada son dörd həftə ərzində yeni koronavirusa yoluxma hallarının sayı 55 faizdən çox artıb. Bavariyanın baş naziri Markus Seder noyabrın 24-dən dekabrın 15-dək koronavirusa qarşı peyvənd olunmamış vətəndaşlar üçün karantin tətbiq ediləcəyini və Milad bazarlarının ləğv ediləcəyini açıqlayıb.