Məşhur futbolçunun həyat yoldaşı  konsertdə güllələndi
31 yanvar 2022 16:30 (UTC +04:00)

Məşhur futbolçunun həyat yoldaşı konsertdə güllələndi

0

Məşhur paraqvaylı futbolçu İvan Arturo Torresin həyat yoldaşı, model Kristina Aranda San- Bernardinoda keçirilən Jaumina Fest musiqi festivalında konsert zamanı atışma zamanı ölümcül güllə yarası alıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 29 yaşlı bloqqer başından güllə yarası alaraq xəstəxanaya aparıldıqdan az sonra dünyasını dəyişib.

Tədbirdə “Olimpiya” klubunun müdafiəçisi Torres də olub və həyat yoldaşını xəstəxanaya aparmağa kömək edib.

Qadının 25 dəqiqə reanimasiyada olduğu, sonra isə dünyasını dəyişdiyi qeyd edilir.

Məlumata görə, insident konsert məkanının VİP zonasında baş verib. Modeldən başqa, cinayətkar Marcos İqnacio Rojas Mora adlı şəxsi də güllələyib.

Təsdiqlənməmiş məlumatlara görə, qatilin iddia edilən hədəfi yerli əhalinin Ederson Salinas Benitez adlandırdığı narkotik alverçisi olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2398

Oxşar yazılar