Niko Əli Uolş
25 oktyabr 2021 03:17 (UTC +04:00)

Niko Əli Uolş

Məhəmməd Əlinin nəvəsi rinqdə rəqibinə ELƏ ZƏRBƏ VURDU Kİ... Ağ dəsmal atıldı

0

Əfsanəvi boksçu Məhəmməd Əlinin nəvəsi  Niko Əli Uolş peşəkar rinqdə ikinci qələbəsini qazanıb. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Ceyms Uestli ilə mübarizə üç raund belə davam etməyib. 

İkinci raundun bitməsinə 10 saniyə qalanda Əli Uolş rəqibini nokdauna göndərib. O, ayağa qalxsa da, demək olar ki, dərhal qonq zəngi çalınıb.

Üçüncü raundda Uestli nəvə Əlidən sonra yenidən rinqə çıxıb. Boksçu ayağa qalxaraq döyüşü davam etdirməyə hazır olsa da, onun küncünə ağ dəsmal atılıb.

Niko Uolş 2001-ci ildə anadan olub. 10 yaşında boksla məşğul olmağa başlayıb. Anası bunun əleyhinə olsa da, babası nəvəsinin seçimini alqışlayıb. 

O, bu il avqustun 15-də peşəkar rinqdə debüt edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4283

Oxşar yazılar