Mayk Tayson
26 oktyabr 2021 22:06 (UTC +04:00)

Mayk Tayson

Mayk Tayson yenidən rinqə qayıdır

0

Boks üzrə keçmiş dünya çempionu rinqə qayıdacaq.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, 55 yaşlı amerikalı 2022-ci ilin əvvəlində döyüş keçirmək niyyətində olduğunu təsdiqləyib.

“Mən artıq fevralda döyüşmək istəyirəm. İndi rəqibimizin gələcəyi ilə bağlı çoxlu şübhələrimiz var. Bu ciddi çağırış olmalıdır”, - Tayson açıqlayıb. 

Mənbənin sözlərinə görə, Taysonun növbəti döyüşdə Taysonun rəqibi Cey, yaxud Loqn Pol ola bilər. Hər iki blogger artıq boksda debüt edib.

Oktyabrın 2-də Tayson Pol qardaşlarından hər hansı biri ilə duelə razılaşacağını qeyd etmişdi. O, “YouTube” ulduzlarının bunu böyük bir ödəniş qarşılığında edəcəyini bildirib.

Tayson rinqə 2020-ci ilin noyabrında qayıdıb. O, digər keçmiş dünya çempionu Roy Consla duel edib. Döyüş heç-heçə başa çatıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3730

Oxşar yazılar