Ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson dünyanın ən yaxşı boksçusunun adını çəkib.
"Bir nömrəli döyüşçü, dünyanın ən yaxşı boksçusu Tayson Fyuridir", - Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Mayk Tayson deyib.

Taysonun fikrincə, məğlub olmayan britaniyalı idmanda ən çox tanınan personajdır.
Martın 22-də menecer Eqis Klimas Fyurinin ukraynalı Aleksandr Usik ilə döyüşünün ləğv edildiyini açıqlayıb. Boksçular aprelin 29-da döyüşməli idilər, döyüş üçün danışıqlar 2022-ci ilin payızından davam edirdi.
Fyurinin 33 qələbəsi, 1 heç-heçəsi və məğlubiyyəti yoxdur. O, Dünya Boks Şurasının (WBC) ağır çəkidə çempionluq kəmərinin sahibidir.