“Mançester Yunayted” Kazemiro, Varan, Sanço və Martialı satışa çıxarıb.
Lent.az xarici mediaya istinadən bildirir ki, müdafiəçi Karlos Kazemiro, müdafiəçi Rafael Varan, cinah yarımmüdafiəçisi Ceydon Sanço və hücumçu Antoni Marsial “Mançester Yunayted”in gözündən düşüb. Dörd futbolçunun ümumi dəyəri 267 milyon avrodur.
Məlumata görə, “Mançester Yunayted”in d direktoru Con Merto yanvar transferlərinə vəsait toplamaq üçün oyunçuları satmağa çalışmaq üçün dekabrın əvvəlində Səudiyyə Ərəbistanında olub. Danışıqların birinci raundu heç bir nəticə verməyib.
Bu mövsüm “qırmızı şeytanlar” 28 xalla Premyer Liqanın turnir cədvəlində 7-ci yerdədir. Çempionlar Liqasında “Mançester Yunayted” “Qalatasaray”, “Kopenhagen” və “Bavariya” ilə qrupda ən pis nəticə göstərib.