“Mançester Siti” dünya çempionu ilə  müqaviləni   uzatdı
17 mart 2023 14:42 (UTC +04:00)

“Mançester Siti” dünya çempionu ilə müqaviləni uzatdı

0

"Mançester Siti" Argentina millisinin heyətində dünya çempionu olan hücumçu Xulian Alvareslə müqaviləni uzadıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə klubun mətbuat xidməti xəbər verib

Alvaresin yeni müqaviləsi 2028-ci ilin iyun ayına kimi nəzərdə tutulub.

Alvaresin yeni müqaviləsi 2028-ci ilin iyun ayına kimi nəzərdə tutulub.

23 yaşlı futbolçu ötən yay Argentinanın "River Pleyt" klubundan "Mançester Siti"yə keçərək 5 illik müqavilə imzalayıb.

Xulian Alvares mankunianlıların heyətində 33 oyun keçirib, 10 qol vurub, 3 məhsuldar ötürmə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1547

Oxşar yazılar