Mahir Emreli
04 oktyabr 2021 17:19 (UTC +04:00)

Mahir Emreli

Mahir Emrelinin transfer qiyməti AÇIQLANDI

0

“Transfermarkt” “Legiya”nın futbolçularının transfer dəyərində yeniləmə edib.

Apasport.az saytının məlumatına görə, Almaniya nəşri Polşa təmsilçisinin ümumi qiymətinin 26,73 milyon avroya bərabər olduğunu açıqlayıb.

Varşavalıların ən bahalı oyunçusu braziliyalı Lukinyasdır. Onun qiyməti 3,5 milyon avroya bərabərdir. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin transfer dəyəri isə 1 milyon avro olaraq göstərilib.

Uğurlu mövsüm keçirən Emrelinin qiymətinin mövsümün sonunda bundan qat-qat baha olacağı da vurğulanıb. Mahirlə yanaşı, 175 min avro dəyərində göstərilən müdafiəçi Maik Navroçkinin də qiymətinin mövsümün sonuna qədər böyük sıçrayış etməsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5158

Oxşar yazılar