Kərim Benzema Çempionlar Liqasında "Liverpul"un qapısınaən çox qol vuran futbolçudur.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, "Real”ın 35 yaşlı hücumçusu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda (1:0, ilk oyun - 5:2) mersisaydlıların qapısına qol vurub.
Beləliklə, "Liverpul" Çempionlar Liqasında 8 oyunda fransalıdan 7 qol buraxıb. Turnir tarixində heç bir futbolçu İngiltərə klubuna qarşı daha çox qol vurmayıb.
Benzema Çempionlar Liqasında İngiltərə komandalarına qarşı 19 qol vurub. Yalnız Messinin daha çox qolu var – 27.
Benzema "Real"ın heyətində Çempionlar Liqasında 129 oyun keçirib. Bu göstəriciyə görə, yalnız Raul və Kasilyasdan geri qalır.