“Barselona”dan PSJ-yə keçən Messi 2015-ci ildə aldığı lüks evi satışa çıxarıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, satış rəqəmi heyrətamiz olsa da, evin özəllikləri diqqət çəkir.
Messi lüks evinə 7 milyon dollar satış qiyməti qoyub. 34 yaşlı argentinalı futbolçu 2015-ci ildə ikimərtəbəli evini 5 milyon dollara alıb.
Evi aldıqdan sonra istifadə etməyən Messi "Barselona"dan PSJ-yə keçdikdən sonra Fransanın Paris şəhərində yaşayır.
Messi ötən ilin aprelində bu binanın yanında 7,3 milyon dollara daha bir lüks mənzil alıb.
Məşhur futbolçunun satışa çıxardığı dəbdəbəli evdə dörd yataq və beş vanna otağı var.
300 kvadratmetrlik evin nəhəng pəncərələrindən okean mənzərəsi açılır.
Ağıllı ev sisteminə sahib olan mülkə hovuz, idman zalı və kinoteatr da daxildir.