“Leypsiq”in ev oyunları tamaşaçısız keçiriləcək - SƏBƏB
20 noyabr 2021 19:31 (UTC +04:00)

“Leypsiq”in ev oyunları tamaşaçısız keçiriləcək - SƏBƏB

0

 

“Leypsiq” növbəti üç ev oyununu tamaşaçısız keçirəcək.

Apasport.az saytının məlumatına görə, bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.

Tribunaların boş qalmasına səbəb koronavirus pandemiyasıdır. Saksoniya bölgəsinin nazirlər kabineti məhdudiyyətləri sərtləşdirib və stadionlara tamaşaçılar buraxılmayacaq.

Leypsiqin eyniadlı təmsilçisi noyabrın 28-də “Bavariya”, dekabrın 11-də Mönhenqladbax “Borussiya”sı ilə çempionat, dekabrın 7-də “Mançester Siti” ilə Çempionlar Liqası oyununu boş tribunalar önündə keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1626

Oxşar yazılar