Klopp gələndən sonra... “Liverpul” daha çox  “Real”a uduzub
16 mart 2023 12:41 (UTC +04:00)

Klopp gələndən sonra... “Liverpul” daha çox “Real”a uduzub

0

“Real” almaniyalı baş məşqçi Yurgen Kloppun gəlişindən sonra digər klublardan daha çox “Liverpul”u məğlub edib.

Lent.az-ın xaricimediaya istinadən xəbərinə görə, Kloppun təyinatından sonra ispanlar britaniyalılarla 6 dəfə qarşılaşıb.

“Real” beş qələbə qazanıb: Çempionlar Liqasının finalında - 2017/2018 (3:1), Çempionlar Liqasının 1/4 finalında - 2020/2021 (3:1), Çempionlar Liqasının finalında - 2021/2022 (1:0 ), həmçinin iki dəfə Çempionlar Liqasının 1/8 finalında - 2022/2023 (5:2, 1:0). Yeganə heç-heçə 2020/2021 mövsümündə “Enfild”də keçirilən 1/4 finalın cavab oyunundadır (0:0).

“Real”ı n baş məşqçisi Karlo Ançelotti son altı görüşdə Kloppa uduzmayıb. Bundan əvvəl italyan "Everton"da da çalışıb. Onun rəhbərliyi altında "şirniyyatçılar" son üç görüşdə iki dəfə heç-heçə edib və bir qələbə qazanıb - 0:0, 2:2 və 2:0. Ançelotti daha sonra “Real”ın baş məşqçisi kimi Kloppun rəhbərlik etdiyi "Liverpul"u üç dəfə məğlub edib - 1:0, 5:2 və 1:0.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1539

Oxşar yazılar