İtaliya A Seriyasına çıxmaq hüququ uğrunda cavab görüşündə “Monza” səfərdə “Piza”ya qalib gəlib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, əlavə vaxt oynanılıb və 4:3 hesabı ilə qonaqlar qalib gəlib. “Monza” ilk görüşdə 2:1 hesabı ilə qalib gəlmişdi.
Əlavə edək ki, dörd il əvvəl “Monza”nı “Milan”ın keçmiş sahibi Silvio Berluskoni alıb. Həmin vaxt komanda C seriyasında çıxış edirdi.
İki il ərzində “Monza” B Seriyasına yüksəlib və indi tarixində ilk dəfə olaraq İtaliya çempionatının yüksək divizionunun üzvü olub.
Xatırladaq ki, Berluskoni 30 il “Milan”ın sahibi olub. Bu mövsüm "rossonerilər" 11 ildən sonra yenidən ölkə çempionu adını qazanıblar.