İngiltərənin “Şeffild Yunayted” klubunun sabiq futbolçusu Terri Kennedi gözlənilməz sürprizlə qarşılaşıb.
Apasport.az saytının məlumatına görə, keçmiş müdafiəçi 1 milyon funt sterlinq qabağa düşüb.
28 yaşlı Terri bu vəsaiti lotereyada udub. İngiltərəli karyerasını 2017/18 mövsümündə zədə üzündən bitirib. Hazırda sabiq futbolçu inşaatçı kimi çalışır.
Qeyd edək ki, Kennedinin son klubu “Harroqat Taun” olub.