“Karlo heyrətamiz insandır”   - Robert Levandovski
18 mart 2023 12:22 (UTC +04:00)

 “Karlo heyrətamiz insandır” - Robert Levandovski

0

"Barselona"nın hücumçusu Robert Levandovski "Real"ın baş məşqçisi Karlo Ançelotti ilə çalışdığını xatırladıb. 

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, italyan polşalı hücumçunu “Bavariya”da çalışdırıb.

“Ançelotti mənə çox güvən verdi. Mənə əvvəllər olmayan bir şey verdi. Karlo sizə qayğı göstərən heyrətamiz bir insandır. Karlodan çox şey öyrənmək olar”, - futbolçu xarici mətbuata bildirib.

Levandovski 2022-ci ilin iyulunda "Barselona"ya keçib. Bu mövsüm La Liqada 21 oyun keçirən hücumçu 15 qol vurub və 5 məhsuldar ötürmə edib və komandası 1-ci yerdədir.

Yeri gəlmişkən, martın 19-da İspaniya çempionatının 26-cı turu çərçivəsində “Barselona” və “Real” komandaları qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1918

Oxşar yazılar