İngiltərə çempionatının ən qolçu afrikalıları -  SİYAHI
25 oktyabr 2021 17:29 (UTC +04:00)

İngiltərə çempionatının ən qolçu afrikalıları - SİYAHI

0

İngiltərə Premyer Liqası tarixində ən çox qol vuran afrikalı futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, dünən “Mançester Yunayted”lə səfər matçında het-trikə imza atan “Liverpul”un hücumçusu Məhəmməd Salah bu baxımdan liderliyə yüksəlib.

Premyer Liqada qol sayını 107-yə yüksəldən misirli ulduz futbolçu “Çelsi”nin sabiq forvardı Didye Droqbanı geridə qoyaraq, rekordu ələ keçirib. İlk “üçlüy”ün son sakini isə Salahın komanda yoldaşı Sadio Manedir.

1. Məhəmməd Salah - 107 qol

2. Didye Droqba – 104

3. Sadio Mane – 100

4. Emmanuel Adebayor – 97

5. Yakubu Ayeqbeni – 95

6. Pyerr-Emerik Obameyanq – 68

7. Riyad Mahrez – 68

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3326

Oxşar yazılar