İspaniyalı hakim Mateo Laos 2022-ci il dünya çempionatında daha oyun idarə etməyəcək.
Lent.az bildirir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Laosun Qətərdəki son oyunu Hollandiya və Argentina arasında 1/4 final oyunu olub. Hakim oyunda bir neçə əlbəyaxa davanın baş verməsinə imkan verib və onun işi tənqid olunub.
Əlavə edək ki, Laos bu görüşdə Dünya Çempionatı üçün rekord 15 sarı vərəqə göstərib.